Piter Cekson

Piter Cekson
ing. Sir Peter Robert Jackson
Doğum adı Peter Robert Jackson
Doğum tarixi 31 oktyabr 1961(1961-10-31)[1][2][…] (62 yaş)
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, film prodüseri, ssenarist, yazıçı, montajçı[d], aktyor, rejissor
Fəaliyyət illəri 1987-ci ildən
Mükafatları Yeni Zelandiya ordeni "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi Knight Companion of the New Zealand Order of Merit‎ Companion of the New Zealand Order of Merit
Golden Globe Award for Best Director Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı Ən yaxşı filmə görə "Oskar" mükafatı "Qızıl qlobus" mükafatı "Saturn" mükafatı
IMDb ID0001392
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Piter Robert Ceckson (31 oktyabr 1961[1][2][…]) — Yeni Zelandiya film prodüseri, ssenaristi və rejissoru, üç dəfə Oskar mükafatı laureatı.

İlk olaraq Bad Taste adlı filmini 1987-ci ildə çəkmişdi. Bu filmin aldığı müsbət menasibətlərdən sonra Meet the Feebles adlı kinoya (1989) rejissorluq etdi. Ancaq bu film, Bad Taste qədər müvəffəqiyyətli ola bilmədi. 1993-cü ildə Weta Digital adlı şirkət qurdu. Cənnət Varlıqları filmi ilə ilk Oskar mükafatı namizədliyini qazandı. Özünün ilk böyük büdcəli Hollywood filmi olan Sevimli Ruhlar kinosu 1996-cı ildə nümayişə buraxıldı. Uşaqlığından bəri J. R. R. Tolkindən Üzüklərin Hökmüdarı romanlarına heyran olan Cekson, əsərlərin hüquqlarını satın aldıqdan sonra üç hissəli əsəri ağ pərdəyə köçürdü. Rejissor, ilk filmdəki işiylə üç nominasiyada Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari nominasiyaları üzrə Oskar Mükafatına namizəd oldu. Üçüncü film Kralın Dönüşü, Ceksona Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari sahələrində Oskar Mükafatı qazandırdı. Üzüklərin Hökmüdarı əsərindən sonra Kinq Kongun (2005) filminə rejissorluq etdi.

  1. 1 2 Peter Jackson // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Peter Jackson // filmportal.de. 2005.
  3. 1 2 Museum of Modern Art online collection (ing.).

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search